Modern.az

Poroşenkonun üzünə “zelyonka” tökdülər - VİDEO

Poroşenkonun üzünə “zelyonka” tökdülər - VİDEO

24 Avqust 2021, 22:29

Kiyevin mərkəzində Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun üzünə “zelyonka” tökən kişi saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Poroşenkoya məxsus “Pryamoy” telekanalının əməkdaşı Taras Berezovts məlumat verib.

 

Təqdim olunan videoda görünür ki, üzü və əlləri yaşıl rəngə boyanan Poroşenko polisə yaxınlaşıb və onların avtomobili ilə ərazidən uzaqlaşıb.

 

Qeyd edək ki, avqustun 24-də Kiyevin mərkəzi Maydanda Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş təntənəli hərbi parad keçirilib. Paradda Ukrayna Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Zelenski, keçmiş prezidentlər Leonid Kuçma, Viktor Yuşşenko, Pyotr Poroşenko və ölkənin digər rəsmi şəxsləri iştirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu