Modern.az

Fəlakət səngimir: 2 minə yaxın insan vəbadan öldü

Fəlakət səngimir: 2 minə yaxın insan vəbadan öldü

24 Avqust 2021, 23:07

Nigeriyada son bir həftə ərzində 72 nəfər vəba infeksiyasından ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

 

Yanvar ayından etibarən ölkədə vəba epidemiyası 23 əyalətə və paytaxt Abujaya yayılıb. Bu müddət ərzində 47603 nəfərə vəba diaqnozu qoyulub və epidemiya səbəbilə həyatını itirənlərin sayı 1768 nəfərə çatıb.

 

Vəba “vibrio cholera” adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası sərt və şiddətli ishal ilə müşahidə edilir.

 

Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu