Modern.az

Həyəcan təbili çalındı: 14 milyon əfqanı aclıq gözləyir

Həyəcan təbili çalındı: 14 milyon əfqanı aclıq gözləyir

24 Avqust 2021, 23:20

“Taliban” hərəkatının hakimiyyəti ələ keçirməsindən sonra yaranan böhran səbəbilə Əfqanıstan əhalisinin 14 milyonu aclıqla üzləşə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Dünya Ərzaq Proqramının icraçı direktoru David Bizli “Reuters” agentliyinə bildirib.

 

O, 39 milyon əhalisi olan Əfqanıstanda bir neçə illik quraqlıq, münaqişə və pandemiya səbəbindən iqtisadi vəziyyətin ağırlaşdığını qeyd edib.

 

BMT rəsmisi Əfqanıstanda humanitar fəlakətin qarşısını almaq üçün 2021-ci ilin sentyabr ayına qədər ən azı 200 milyon dollara ehtiyac olduğunu bidirib.

 

Bizli “Taliban”ın insanlara yardım çatdırılmasına müdaxilə etməyəcəyinə zəmanət verdiyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu