Modern.az

Terrorçular hərbçilərə hücum etdi: 16 ölü var

Terrorçular hərbçilərə hücum etdi: 16 ölü var

Dünya

25 Avqust 2021, 19:25

“Boko Haram” terror təşkilatı Nigerin şimalında yerləşən hərbi obyektə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Nigerin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Hücum nəticəsində 16 hərbi qulluqçu öldürülüb, 9 nəfəri yaralanıb.

 

Nazirlik Qərbi Afrika ölkəsinin Diffa bölgəsində baş verən döyüşlərdə təxminən 50 terrorçunun öldürüldüyünü və xeyli miqdarda silah-sursat ələ keçirildiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama