ABŞ son 10 gündə Əfqanıstandan ümumilikdə 88 min nəfəri təxliyə edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi general-mayor Hank Taylor məlumat verib.
General bildirib ki, ABŞ uzun müddət Kabil hava limanında maksimum hərbçi saxlayacağına ümid edir.
Qeyd edək ki, ABŞ hərbçilərinin bir hissəsini Kabildəki hava limanından çıxarıb.