Türkiyə hərbi qulluqçularını Əfqanıstandan çıxarmağa başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, bu addım mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra atılıb.
“Türk Silahlı Qüvvələri onlara həvalə edilən bu vəzifəni uğurla yerinə yetirmənin qüruru ilə Vətənə qayıdır. Digər ölkələrin əsgərləri ilə Həmid Kərzai hava limanındakı qarışıqlığa müdaxilə edildi və aeroportda təhlükəsizlik təmin olundu. Bu müddətdə hərbi təyyarələrimiz ilə 1129 mülki şəxs təxliyə edilib", - deyə Nazirliyin açıqlamasında qeyd olunur.
Akif İsmayılov