“Qarabağdakı işğalın başa çatması ilə birlikdə regionda uzunmüddətli sülh üçün yeni şərtlər formalaşıb”.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 950-ci ildönümü ilə bağlı Bitlisin Ahlat rayonunda xarici ölkələrin səfirləri ilə görüşündə bildirib.
“Ermənistan bu fürsətləri dəyərləndirəcəyi halda bizim də lazım olan addımı atacağımızı ifadə etmişik”, - deyə Ərdoğan qeyd edib.