Fransada son 24 saat ərzində 23 min 706 nəfərdən yeni növ koronavirus (COVID-19) üçün götürülən test müsbət çıxıb.
Modern.az xəbər verir ki, bu barədə Fransanın İctimai Sağlamlıq Agentliyi məlumat yayıb.
Son 24 saat ərzində 93 nəfər həyatını itirib, virus səbəbiylə ölənlərin sayı 113 min 881-ə yüksəlib.
Ölkədə koronavirusa yoluxanların sayı 6 milyon 673 min 336 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, Fransa əhalisinin 62,9 faizi peyvənd edilib.