Çinin şimal-qərbində yerləşən Tsinxay və Qansu əyalətlərinin qovşağında 5,8 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Honq Konq Rəsədxanasının Seysmoloji Şəbəkəsi məlumat yayıb.
Yeraltı təkanların episentri Yumen şəhərindən (Qansu vilayəti) 230 km cənub -qərbdə yerləşib.
Ölənlər və dağıntı barədə məlumat verilməyib.