Qazaxıstanda hərbi hissə anbarının yaxınlığında baş verən partlayış nəticəsində 32 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan müdafiə nazirinin müavini Ruslan Şpekbayev bildirib.
***
19:21
Qazaxıstanda hərbi hissənin anbarının yaxınlığında partlayış baş verib.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Saat 19:00 radələrində Jambıl vilayətinin Bayzak rayonunda yerləşən hərbi hissənin anbarlardan birinin yaxınlığında yanğın baş verib.
Yanğın nəticəsində partlayış olub. Yanğının söndürülməsinə yanğınsöndürmə briqadaları cəlb edilib.