Modern.az

Makron: “Əfqanıstanda vəziyyət kəskin pisləşib”

Makron: “Əfqanıstanda vəziyyət kəskin pisləşib”

Dünya

26 Avqust 2021, 19:29

“Əfqanıstanda vəziyyət kəskin şəkildə pisləşib”.

 

Modern.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İrlandiyaya səfəri zamanı Əfqanıstanda baş verən son hadisələri şərh edərkən deyib.

 

Fransanın Əfqanıstandakı səfirinin təhlükəsizlik səbəbiylə bu ölkədə qalmayacağını söyləyən Makron Fransa xüsusi təyinatlılarının hava limanında olduğunu bildirib.

 

“Son dərəcə gərgin bir vəziyyətlə üz -üzəyik”, - deyə o qeyd edib.

 

Xatırladaq ki, Kabil hava limanında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 13 nəfər həlak olub.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu