“Taliban” hərəkatı Kabil hava limanındakı vəziyyətə nəzarət etmir.
Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə hərəkatın rəsmi nümayəndəsi Zabihullah Mücahid deyib.
“Təəssüf ki, Kabil hava limanı “Taliban”ın nəzarətində deyil”, - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün Kabil hava limanında partlayış törədilib. Hadisə nəticəsində azı 60 nəfər ölüb, 140 nəfər yaralanıb.