Modern.az

İrandan Gorus-Qafan yolunun bağlanmasına REAKSİYA

İrandan Gorus-Qafan yolunun bağlanmasına REAKSİYA

27 Avqust 2021, 17:01

İranın Ermənistandakı səfirliyi Gorus-Qafan yolunun bağlanmasına reaksiya verib.

 

Modern.az xəbər verir ki, səfirlik yolun tezliklə açılacağına ümidini ifadə edib.


"Ümid edirik ki, Zəngəzurun sərhəd ərazilərində, xüsusilə Gorus-Qafan yolunda yaranmış mübahisə həllini tapar. Biz əvvəlki kimi ümid edirik ki, Azərbaycanla Ermənistan delimitasiya prosesini kommunikasiyalatın kəsilməyəcəyi şəkildə sülh atmosferində həyata keçirəcək"- açıqlamada deyilir.

 

Qeyd edək ki, artıq bir neçə gündür Zəngəzurdan keçən Gorus-Qafan yolu Azərbaycan hərbçiləri tərəfindən bağlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI