Əfqanıstanda ötən gün baş vermiş terror qurbanlarının sayı 170 nəfərə çatıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kabil aeroportunda törədilən silsilə terror aktları zamanı həlak olanlardan 13-ü ABŞ hərbçisidir.
Bundan əvvəl ölü sayının 110 nəfər olduğu bildirilirdi.
Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən partlayışlar törədilib. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.