Modern.az

Almaniyada karantinə qarşı etiraz: Polislər yaralandı

Almaniyada karantinə qarşı etiraz: Polislər yaralandı

28 Avqust 2021, 21:43

Almaniyanın paytaxtı Berlin şəhərində koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən karantin məhdudiyyətlərinin əleyhinə etiraz aksiya keçirilib.

 

Modern.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, aksiya zamanı nümayişçilər dövlət obyektlərinin yaxınlığında yerləşən parka doğru irəliləməyə çalışıblar, lakin polis müqavimət göstərib.

 

Toqquşma zamanı 4 polis əməkdaşı yaralanıb. Etirazçılardan 80-ə yaxını saxlanılıb, onların barəsində protokol tərtib edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu