Danimarkanın Kopenhagen Universitetinin araşdırmaçıları Qrenlandiyaya səfər edən zaman təsadüfən dünyanın şimal qütbündəki ən ucqar adanı kəşf ediblər.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Araşdırmaçılar qeyd edir ki, onların yeni torpaq kəşf etmək məqsədləri olmayıb.
Mütəxəssislər bildirir ki, ekspedisiya qrupu əvvəlcə quru sahəsinin 1978-ci ildə kəşf edilmiş ada olduğunu zənn ediblər. Lakin geolakasiya yoxlamasından sonra məlum olub ki, alimlər başqa quru sahəsinin ərazisindədir.
Araşdırmaçılar onu “Ən ucqar şimal adası” mənasını verən “Kekertak Avannarlek” adlandırmağı təklif ediblər. Ada təxminən 30 metr enindədir. Onun dəniz səviyyəsindən hündürlüyü üç metrə çatır.