Modern.az

Çavuşoğlu Blinkenlə Əfqanıstanı müzakirə edib

Çavuşoğlu Blinkenlə Əfqanıstanı müzakirə edib

Dünya

29 Avqust 2021, 00:34

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Telefon danışığı zamanı Əfqanıstandakı son hadisələr müzakirə edilib.

 

Tərəflər, həmçinin əcnəbilərin və qaçqınların Əfqanıstandan təxliyəsi barədə fikir mübadiləsi aparıblar.

 

Xatırladaq ki, Blinken və Çavuşoğlu sonuncu dəfə avqustun 24-də telefonla danışıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu