Modern.az

Kennedinin qardaşının qatili əfv oluna bilər

Kennedinin qardaşının qatili əfv oluna bilər

Dünya

29 Avqust 2021, 00:51

ABŞ Prezidenti Con Kennedinin qardaşı Robert Kennedini öldürən Fələstin əsilli Sırhan Sırhan adlı şəxsin 53 ildən sonra azad olunması təklif edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Gurdian” nəşri yazıb.

 

Sırhanın azad edilməsi barədə təklif Kaliforniyanın əfv komissiyası tərəfindən irəli sürülüb. Hazırda 77 yaşı olan Sırhan 1968-ci ildə, Con Kennedinin qətlindən 5 il sonra onun qardaşı Roberti güllələyərək öldürüb.

 

1964-cü ildə baş prokuror vəzifəsindən istefaya gedən Robert Kennedi sonradan Nyu-York ştatından Senata seçilib. Dörd il sonra isə ABŞ prezidenliyinə namizədliyini irəli sürüb. Amerika mafiyasına qarşı yüksək səviyyəli məhkəmələrlə məşhurlaşan Robert Los-Ancelsedəki “Ambassador” hotelində güllələnib. Qatil cinayət başında yaxalanıb.

 

 

Sırhan qətl hadisəsini törədəndə 24 yaşında olub. Məhkəmə prosesində dindirilən zaman o, hadisəninin baş vermə anını xatırlamadığını deyib. Məhkəmə onun haqqında ölüm hökmü çıxarıb. 1972-ci ildə ölüm hökmü ömürlük həbslə əvəzlənib. Sırhan həbsdə olduğu 53 ildə 16 dəfə əfv olunması ilə bağlı müraciət edib. Sonuncu dəfə onun əfvlə bağlı müraciətini Robert Kennedinin iki oğlu da müdafiə edib.

 

Los-Anceles Prokurorluğu əfv komissiyasının qərarına etiraz etməyəcəklərini bildirib. Sırhanın sərbəst buraxılma ilə bağlı son qərarı Kaliforniya qubernatoru verməlidir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu