"Formula 1" üzrə Dünya Çempionatının 16-cı mərhələsinin - Türkiyə Qran Prisinin oktyabrın 3-də deyil, oktyabrın 10-da baş tutacağı dəqiqləşib.
Modern.az "BBC"yə istinadla xəbər verir ki, 1-3 oktyabrda "Intercity Istanbul Park"da keçirilməsi planlaşdırılan yarış həftəsonu, Türkiyəyə gələnlərin məcburi 10 günlük karantinda qalmasına görə 8-10 oktyabr tarixinə təxirə salınıb.
Qeyd edək ki, 11-13 iyunda keçirilməsi planlaşdırılan Türkiyə Qran Prisi COVİD-19-a görə tətbiq edilən səyahət məhdudiyyətləri səbəbindən ləğv edilmişdi, lakin daha sonra yenidən təqvimə salınıb.