Modern.az

Qırğızıstanda parlament seçkilərinin vaxtı dəqiqləşdi

Qırğızıstanda parlament seçkilərinin vaxtı dəqiqləşdi

Dünya

29 Avqust 2021, 09:58

Qırğızıstan parlamentinə deputat seçkiləri 2021-ci il noyabrın 28-nə təyin edilib.


Modern.az "TASS"a  istinadla xəbər verir ki, Qırğızıstan dövləti mətbuat xidmətinin yaydığı məlumata görə, Prezident Sadır Japarov bununla bağlı Fərman imzalayıb.

 

Fərmana əsasən, bu il noyabrın 28-i Yeni Çağırış Qırğız Respublikası Joqorku Keneşə deputat seçkisi günü təyin edilib.


Avqustun 27-də ölkədə Seçkilər Haqqında Konstitusiya Qanunu qüvvəyə minib. Qanunda deputat seçkisinin yeni qaydası təsbit edilib. Deputatların sayı 120-dən 90-a endirilib. Onlardan 54-ü proporsional, 36-sı majoritar sistem üzrə seçiləcək. Əvvəlki qaydada ölkənin ali qanunverici orqanı yalnız partiya siyahıları əsasında formalaşdırılırdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama