Əfqanıstanda bank işçiləri həyati təhlükə qorxusu ilə hələ də işə getmirlər, çünki ölkənin Mərkəzi Bankı silahlılar tərəfindən mühasirəyə alınıb.
Modern.az xəbər verir ki, Kabildakı mülki şəxslər küçələrə axışaraq şəxsi hesablarından heç olmasa pullarının bir hissəsini qaytarmağı tələb ediblər. Yerli bankirlər izah edirlər ki, ölkənin mərkəzi bankı bağlı olduğu müddətdə qurumları çalışa bilmir.
Bu vəziyyət valyuta dəyişmə məntəqələrinin sahibləri tərəfindən də qeyd olunur.