Modern.az

Gəmidə köməksiz qalan yüzlərlə miqrant xilas edildi

Gəmidə köməksiz qalan yüzlərlə miqrant xilas edildi

Dünya

29 Avqust 2021, 11:02

İtaliya Sahil Mühafizə Xidmətinin əməkdaşları Lampedusa adası yaxınlığında üzən balıqçı gəmisində 539 miqrantı xilas edib.

 
Modern.az xəbər verir ki, xilasedicilər İtaliya adasına bir gündə rekord sayda miqrant çatdırıblar. Əsasən Misir, Suriya və Şimali Afrikadan olan immiqrantlar daxil olmaqla müxtəlif ölkələrin vətəndaşlarının olduğu gəmidə qadınlar və uşaqlar da var.

 

Mühacirlər Aralıq dənizi vasitəsilə Liviyadan Avropaya üz tutublar.


Bu, son illərdəki ən böyük xilasetmə əməliyyatlarından biri kimi qiymətləndirilir.

 

Qeyd edək ki, Lampedusa adası Avropaya səyahət etmək istəyənlər üçün əsas limanlardan biridir. Adada 300 nəfərlik mühacir düşərgəsi də var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama