Modern.az

Yaponiyadan sığınacaq istəyən Rusiya vətəndaşı saxlanıldı

Yaponiyadan sığınacaq istəyən Rusiya vətəndaşı saxlanıldı

Dünya

29 Avqust 2021, 11:51
Yaponiya hakimiyyəti, Hokkaydo adasına qanunsuz daxil olan Vaas Feniks Nokardı saxlayıb.
 
 
Modern.az RİA Novosti-yə istinadla xəbər verir ki, Yaponiya tərəfi bu barədə Rusiyanın baş konsulluğuna məlumat verib.
 

Diplomatik missiyasının bəyanatında deyilir ki, insidentlə bağlı araşdırma aparılacaq və məhkəmə baş tutacaq. Həmçinin vurğulanıb ki, Yaponiyaya qanunsuz daxil olanlar adətən deportasiya olunur.

 

Bir müddət əvvəl Yaponiya polisi Nokardın sığınacaq üçün üçüncü bir ölkənin səlahiyyətli orqanlarına müraciət etmək niyyətində olduğunu açıqlayıb.

 

"Novaya qazeta" nəşrinin məlumatına görə, Vaas Feniks Nokard İjevskdə anadan olub. Daha əvvəl Kunaşir adasında bir hektar torpaq sahəsi alıb. Qəzet yazır ki, Nokard Yapon dilini öyrənirdi. 2011-ci ildə o, qanuni olaraq Yaponiyaya gəlib, ancaq viza rejimini pozduğuna görə deportasiya edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama