Gürcüstanda koronavirusa yoluxanların sayı yenidən artıb.
Modern.az xəbər verir ki, ötən sutka ərzində qonşu ölkədə 2669 nəfər koronavirusa yoluxub, 76 nəfər pandemiyanın qurbanı olub.
Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 543 min 118-ə, müalicə olunanların sayı 482 min 732-yə, pandemiya qurbanlarının sayı isə 7 min 251-ə çatıb.