"Yüksək ixtisaslı mühəndis qrupumuz Həmid Karzai Beynəlxalq Hava Limanını tam şəkildə təhvil almağa hazırdır".
Modern.az "CNN"ə istinadən xəbər verir ki, bunu "Taliban" rəsmisi açıqlayıb.
Bildirilib ki, ABŞ istisna olmaqla bütün ölkələr təxliyəni başa çatdırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden son dəqiqələrdə verdiyi açıqlamada yaxın 24-36 saat ərzində Əfqanıstanda daha bir hücum ehtimalının yüksək olduğunu söyləyib.
Son günlərdə hava limanına edilən hücumda 13-ü ABŞ əsgəri olmaqla ümumilikdə 170 nəfər həyatını itirib. "İşid"in gğtürdüyü hücumlarda təxminən 300 nəfər yaralanıb.