Yəməndə Husilər ölkənin ən böyük hərbi bazası olan Əl-Anada hücum ediblər.
Modern.az xəbər verir ki, hücum nəticəsində azı 30 hərbçi ölüb, 60 nəfər isə yaralanıb.
Yəmən ordusunun sözçüsü Məhəmməd əl-Naqib hücumun silahlı pilotsuz uçuş aparatları (SİHA) və raketlərlə həyata keçirildiyini bildirib.
Şahidlər hücum zamanı Əl-Anad bazasında bir neçə yüksək partlayış səsinin eşidildiyini bildiriblər.
Husilər hücumla bağlı heç bir açıqlama verməyiblər.