Modern.az

Roma papasından  Əfqanıstanla bağlı ÇAĞIRIŞ

Roma papasından  Əfqanıstanla bağlı ÇAĞIRIŞ

Dünya

29 Avqust 2021, 15:12

 

Roma Papası Fransisk Əfqanıstanın paytaxtı Kabilin hava limanında ölən insanlar üçün dua etməyə çağırıb.

 

Modern.az xəbər verir ki,  o,baş verən terror hadisəsi ilə əlaqədar  başsağlığı verib.

 

"Əfqanıstandakı vəziyyəti çox narahatlıqla izləyirəm. Hücumlarda ölənlər üçün dua edirəm. Əziyyət çəkən insanlara kömək edən hər kəsə təşəkkür edirəm. Sağlam gələcək naminə barışmaq üçün çalışmağa davam etməyinizi xahiş edirəm", - Fransisk deyib.

 

Qeyd edək ki, avqustun 26-da Kabildə baş verən partlayışlar zamanı 13-ü ABŞ əsgəri olmaqla 170 nəfər həyatını itirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu