Taliban hərəkatı Əfqanıstanın Pəncşir əyalətinin intenet çıxışını və rabitə əlaqəsini kəsib.
Modern.az xəbər verir ki, bu barədə BBC-nin müxbiri Yalda Yakim məlumat verib.
“Yerli mənbələr mənə məlumat veriblər ki, Taliban Pəncşirdə internetə çıxışı və rabitə əlaqəsini tamamilə dayandırıb”, - Yakim bildirib.
Qeyd edək ki, Pəncşirdə Əhməd Məsudun təhbərlik etdiyi müqavimət qüvvələri Talibana qarşı fəaliyyət göstərir.