Modern.az

Estoniyada virus qurbanlarının sayı artdı

Estoniyada virus qurbanlarının sayı artdı

Dünya

29 Avqust 2021, 16:11

Estoniyada koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 141 min 344-ə çatıb.

 


Modern.az xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb.

 

Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 745 min 301 nəfər müayinə olunub.

 


Departamentin məlumatına əsasən, ötən sutka ərzində COVID-19 virusuna görə 4 min 373 nəfərdən götürülən testlərdən 330-nun nəticəsi müsbət çıxıb.
Ölkədə ümumilikdə COVID-19-dan 1289 ölüm faktı qeydə alınıb.

 

Sağalanların sayı isə rəsmi rəqəmlərə görə 133 min 408 nəfərdir. Yoluxma hallarının artacağı istisna olunmur. Estoniya hökuməti əhalini sanitar normalara riayət etməyə çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu