Modern.az

Əfqanıstandan 140 min insan təxliyə edildi

Əfqanıstandan 140 min insan təxliyə edildi

Dünya

29 Avqust 2021, 16:39

Qərb ölkələri təxliyə müddəti ərzində Əfqanıstandan 140 min nəfərə yaxın insanı çıxarıb.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun nümayəndəsi, Əfqanıstandan təxliyə üzrə mülki əməliyyatların kordinatoru Stefano Pontekorvo bildirib.

 

O, təxliyənin təşkilində bir sıra logistik problemlər olduğunu qeyd edib.

 

“Kabildən adətən gündə maksimum altı mülki və iki hərbi uçurdu. Biz 120 təyyarə göndərirdik. İki həftə ərzində illik həcmin 80 faizi qədər – 140 min sərnişin uçub”, - deyə İtaliya Hərbi Hava Qüvvələrinin son reysi ilə Romaya qayıdan diplomat vurğulayıb.

 

Onun fikrincə, Əfqanıstandan qaçqın axını qonşu ölkələrə yerüstü marşrutlarla davam edəcək, oradan onları qəbul etməyə hazır olan ölkələrə təyyarələr uçur.

 

"La Repubblica" qəzetinin məlumatına görə, ABŞ Kabildən 105 minədək, Böyük Britaniya 13,7 min, Kanada 3,7 min, Almaniya 5 mindən çox insanı daşıyıb. İtaliyanın təxliyə etdiyi 5 mindən çox insanın 4,9 mini Əfqanıstan vətəndaşıdır ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu