Modern.az

“Atletiko”dan 30 milyonluq transfer

“Atletiko”dan 30 milyonluq transfer

Dünya

29 Avqust 2021, 17:34

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Modern.az xəbər verir ki, Madrid təmsilçisi “Herta”dan Mateus Kunyanı transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

 

“Atletiko” Braziliya yığmasının da üzvü olan futbolçu üçün Almaniya klubuna 30 milyon avro ödəyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu