Modern.az

ABŞ Kabildə raket atdı, 6 nəfər öldü

ABŞ Kabildə raket atdı, 6 nəfər öldü

Dünya

29 Avqust 2021, 19:41

ABŞ-ın pilotsuz uçuş aparatı vasitəsilə endirdiyi raket zərbəsi nəticəsində Kabildə 6 nəfər ölüb.

 

Modern.az xəbə verir ki,  bu barədə ”Ariana News” telekanalı məlumat yayıb.

 

Hərəkətdə olan iki avtomobil və bir fərdi evə endirilən raket zərbəsi nəticəsində 4-ü uşaq olmaqla, 6 nəfər ölüb.

***

 

16.42

 

Əfqanıstanın paytaxtı Kabildə partlayış səsləri eşidilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Partlayışın hava limanı yaxınlığında eşidildiyi bildirilib.

 

Ölü və yaralı sayı ilə bağlı hələlik məlumat yoxdur.

 

Agentliyin məlumatına görə, iki şahid partlayış səsinin raket hücumundan qaynaqlandığını deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu