İsrail ordusuna məxsus döyüş təyyarələri Qəzza zolağında “Həmas” qruplaşmasına aid mövqelərə zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilir ki, zərbələr “Həmas”ın İsrail ərazisinə partlayıcı maddələrlə təchiz edilən balonlarla hücumuna cavab olaraq endirilib.
Zərbələr nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.