“Müdafiə sənayesi üzrə yerli istehsalın qısa müddət ərzində 20 faizdən 80 faizə çatdırılması Türkiyə tarixinin ən böyük uğurlarından biridir”.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Akıncı” PUA-larının təslimat mərasimində deyib.
Ərdoğan Türkiyənin zərbə PUA-ları üzrə dünyanın ən qabaqcıl üç ölkəsindən biri olduğunu vurğulayıb.
“Bayraktar TB2”lərimizi Ukrayna, Qətər və Azərbaycana ixrac etdik. Yeni ixrac müqavilələri bağlanır. Türkiyəni pilotsuz döyüş təyyarələri texnologiyası üzrə qabaqcıl ölkə etmək niyyətindəyik”, - deyə o qeyd edib.
Xatrıladaq ki, bu gün Türkiyənin Çorlu hava limanında “Baykar” şirkəti tərəfindən istehal edilən “Akıncı” zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) təqdimat və silahlanmaya qəbul mərasimi keçirilib. İlk uçuşunu 2019-cu ilin dekabr ayında reallaşdıran “Akıncı” PUA-larından 3 prototip istehsal edilib. Prototipin ardınca PUA-ların kütləvi istehsal prosesi başlayıb.
11.5 min metr yüksəklikdə 25 saat 46 dəqiqə qalan PUA-lar Türkiyənin aviasiya tarixində yüksəklik rekordu qırıb. “Akıncı” sınaq və təlim uçuşları müddətində ümumilikdə 1000 saatdan çox havada qalıb.
6 ton qalxma çəkisinə malik “Akıncı” MAM-C, MAM-L, MAM-T kimi raketlər, peyk rabitə sistemi, müasir radarlarla təchiz edilib.
Akif İsmayılov