“Taliban” səyahət icazəsi olan bütün xarici vətəndaşlara və Əfqanıstan vətəndaşlarına ölkəni tərk etməyə icazə verəcək.
Modern.az xəbər verir ki, bu barədə Britaniya, ABŞ, Avstraliya, Yaponiya, Fransa, İspaniya və bir çox digər ölkələrin birgə yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, “Taliban” şəxslərin ölkəni təhlükəsiz və nizamlı formada tərk etməsinə zəmanət verib.
Bəyanat yayan ölkələr əfqanıstanlılara səyahət üçün lazım olan bütün sənədləri verməyə davam edəcəklərini diqqətə çatdırıblar.
Akif İsmayılov