Modern.az

Yəməndə hərbi bazaya hücum: 40 ölü, 60 yaralı

Yəməndə hərbi bazaya hücum: 40 ölü, 60 yaralı

Dünya

29 Avqust 2021, 23:03

Yəmənin cənubunda yerləşən Lahiç vilayətindəki Əl-Aned hərbi bazasına raket zərbəsi endirilib.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən dəstəklənən Cənub Keçid Şurası qüvvələri məlumat yayıb.

 

Zərbə nəticəsində ən az 40 hərbi qulluqçu həlak olub, 60-dan çoxu yaralanıb.

 

Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu və ölənlərin sayının arta biləcəyi qeyd olunur.

 

Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu