Ukrayna Prezidenti Vladimir Zelenskinin Amerika lideri Co Baydenlə görüşü avqustun 31-də baş tutmayacaq.
Modern.az xəbər verir ki, bu barədə “RBC Ukrayna” agentliyinə ölkənin Prezident Aparatındakı mənbə məlumat verib.
Mənbə bildirib ki, iki dövlət başçısının görüşü təxirə salınıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, Zelenski ilə Baydenin sentyabrın 1-də görüşəcəyi planlaşdırılır.
Xatırladaq ki, bununla da görüş ikinci dəfə təxirə salınıb. Əvvəlcə prezidentlərin avqustun 30-da görüşəcəyi planlaşdırılsa da, sonradan görüş vaxtı dəyişdirilib.