“Almaniya Kabildəki beynəlxalq hava limanının fəaliyyətinə töhfə verməyə hazırdır”.
Modern.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Heyko Maas özünün “Twitter” səhifəsində yazıb.
O, Türkiyəyə təşəkkür edib: “Kabildəki hava limanının istifadəsi ilə bağlı təklifə görə Türkiyəyə minnətdarıq. Almaniya həm maliyyə, həm də texniki baxımdan əlavə dəstək verməyə hazırdır”.