Atlantik okeanında meydana gələn dördüncü kateqoriyalı “İda” qasırğası ABŞ-ın Luiziana ştatında ciddi fəsadlara səbəb olub.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.
Artıq Meksika körfəzinə çatan qasırğa daxilində küləyin sürəti saniyədə 67 metrə çatır.
Luiziana ştatda qasırğa nəticəsində ən azı 117.470 insanın elektrik enerjisi təminatı dayanıb.