Modern.az

“Bizimlə bu cür danışmaq axmaqlıqdır”  - Lavrov Qərbə səsləndi

“Bizimlə bu cür danışmaq axmaqlıqdır”  - Lavrov Qərbə səsləndi

Dünya

30 Avqust 2021, 17:10

Qərb Rusiya ilə "Moskvadan davranışını dəyişdirməsini" tələb etmək mövqeyindən danışa bilməz.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Bu ölkələrin, strukturların nümayəndələri (Qərb və NATO – red.) bizə bildirirlər: "Bəli, biz Rusiya ilə əlaqələri normallaşdırmağa hazırıq, lakin əvvəlcə Rusiya öz davranışını dəyişməli və bunu etməlidir". Bizimlə bu cür danışmaq olmaz. Prinsipcə, bu cür heç kimlə danışmaq olmaz. Rusiya ilə bu cür dillə danışmaq sadəcə axmaqlıqdır", - deyə Lavrov bildirib.

 

O, həmçinin qeyd edib ki, Moskvanın xoş niyyəti hər kəsə məlumdur: "Bərabər şərtlərlə danışmaq istəyirsinizsə, istənilən vaxt xoş gəlmisiniz, qapılarımız açıqdır".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu