Gürcüstanda uşaq xəstəxanasında yeni növ koronavirusa (COVID-19) yoluxan daha bir uşaq dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Tsitsişvili adına uşaq xəstəxanasının direktoru Maya Çxeidze məlumat verib.
O qeyd edib ki, 6 yaşlı uşaqda serebral iflici, epileptik sindrom və digər xəstəliklər olub.
Qeyd edək ki, bu, Gürcüstanda koronavirus infeksiyasından ölən sayca üçüncü uşaqdır.