Əfqanıstanın Pəncşir vilayətində Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət qüvvələri ilə “Taliban” hərəkatı arasında toqquşma baş verib.
Modern.az xəbər verir ki, bu barədə “Tolo News” kanalı yerli mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, müqavimət qüvvələri “Taliban”ın hücumunu dəf edib.
Xatırladaq ki, Əfqanıstanın Pəncşir vilayəti “Taliban”ın nəzarətində olmayan yeganə bölgədir.