Modern.az

20 il sonra sonuncu ABŞ əsgəri Əfqanıstanı TƏRK ETDİ

20 il sonra sonuncu ABŞ əsgəri Əfqanıstanı TƏRK ETDİ

Dünya

31 Avqust 2021, 00:46

ABŞ qoşunlarının Əfqanıstandan geri çəkilmə prosesini tamamlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının rəhbəri, general Frenk Makkenzi məlumat verib.

 

ABŞ ordusu 11 sentyabr hücumlarından sonra daxil olduğu Əfqanıstanı təxminən 20 il sonra tərk edib.

 

Ölkənin Federal Aviasiya İdarəsi ABŞ-ın artıq Kabul hava limanına nəzarət etmədiyini bildirib.

 

“Əl-Cəzirə” telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, ABŞ əsgərlərinin geri çəkilməsindən sonra Kabil hava limanı “Taliban” hərəkatının tam nəzarətinə keçib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu