Modern.az

Netanyahudan aldığı hədiyyələri geri qaytarması tələb olunur

Netanyahudan aldığı hədiyyələri geri qaytarması tələb olunur

Dünya

31 Avqust 2021, 00:49

İsrail hökuməti keçmiş Baş nazir Benyamin Netanyahudan vəzifədə olduğu müddətdə əldə etdiyi qiymətli hədiyyələri geri qaytarmasını tələb edir.

 

Modern.az xəbər verir ki, bu barədə AP agentliyi yazıb.

 

Yerli mətbuat bildirir ki, Netanyahudan ABŞ-ın keçmiş Prezidenti Barak Obama və Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilən hədiyyələr də daxil olmaqla aldığı 42 qiymətli əşyanı geri qaytarması tələb olunub.

 

Xarici liderlər rəsmi səfərlərdə bir-birlərinə hədiyyələr verirlər. Ancaq dəyəri 90 dollardan çox olan hədiyyələr İsrail dövlətinin mülkiyyəti hesab edilir. Netanyahu və həyat yoldaşı Sarah hədiyyələri hələ geri qaytarmayıblar.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu