Modern.az

Əhməd Məsud təslim olmağa razıdır 

Əhməd Məsud təslim olmağa razıdır 

Dünya

31 Avqust 2021, 10:14

“Taliban iqtidarı hər kəslə bölüşmək, Əfqanıstanda ədalət mühiti qurmaq və hamıya bərabərlik, azadlıq bəxş etmək niyyətindədirsə, geri çəkilib siyasəti tərk edəcəyəm”.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Əfqanıstan müqavimət hərəkatının lideri Əhməd Məsud bildirib.

 

O, hansı halda “Taliban”ın hakimiyyətini tanıyacağına dair şərtlər irəli sürüb. Bildirib ki, digər tələb Əfqanıstanda vahid icra orqanların yaradılmasıdır.

 

Bundan əlavə, Əhməd Məsud xaricdən maddi dəstək almadığını diqqətə çatdırıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu