Modern.az

Müdafiə naziri istefa verdi

Müdafiə naziri istefa verdi

Dünya

31 Avqust 2021, 11:39

Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev istefa verib.

 

Modern.az-ın məlumatına görə, ölkə prezidenti Kasım-Jomart Tokayev nazirin istefasını qəbul edib.

 

Qeyd olunur ki, müdafiə naziri avqustun 26-da Jambıl vilayətindəki hərbi hissədə baş vermiş partlayışla əlaqədar istefaya yollanıb.

 

Xatırladaq ki, hərbi hissənin silah anbarında baş vermiş partlayış və yanğın nəticəsində 15 nəfər həlak olub, 100-ə yaxın şəxs yaralanıb. Bir nəfərin isə itkin düşdüyü bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu