Modern.az

İsraildə məktəb öncəsi rekord yoluxma

İsraildə məktəb öncəsi rekord yoluxma

Dünya

31 Avqust 2021, 21:05

İsraildə son sutkada 10 947 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Koronavirusa yoluxan 24 xəstə dünyasını dəyişib. Bildirilib ki, bu, epidemiyanın başladığı 2020-ci ilin fevral ayından bəri ölkədə qeydə alınan ən yüksək gündəlik yoluxma sayıdır.

 

Beləliklə, təxminən 9,3 milyon əhalisi olan İsraildə ümumi yoluxma hallarının sayı 1 milyon 66 mini keçib.

 

Gündəlik yoluxma sayının artmasına baxmayaraq, İsraildə yüksək riskli ərazilər istisna olmaqla, sentyabrın 1-dən məktəblərdə ənənəvi təhsilə start veriləcək.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu