Rusiyanın müxalifət lideri Aleksey Navalnının yaratdığı Korrupsiya ilə Mübarizə Fondu məhkəmə qərarı ilə ləğv edilib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federal Vergi Xidmətinin hüquqi şəxslərin qeydiyyat sistemində məlumat yer alıb.
2011-ci ildə yaradılan Fonda xaricdən maliyyələşdiyi üçün 2019-cu ildə Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" statusu verilib. Təşkilat 2020-ci ildə yenidən fəliyyətini bərpa etsə də, bu dəfə məhkəmə qərarı ilə tamamilə ləğv edilib.