Modern.az

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldı

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldı

Dünya

2 Sentyabr 2021, 11:34

Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı baş tutacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında qərar verilib.

 

Hərbi toplanış sentyabrın 15-də başlayacaq və dekabrın 15-nə qədər davam edəcək. Prosesə 869 vətəndaş, o cümlədən, 576 sıravi, 107 gizir və 186 zabit cəlb olunacaq.

 

Xatırladaq ki, avqustun 25-dən noyabrın 25-nə qədər də Ermənistanda hərbi toplanış baş tutub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI