Türkiyənin Ali Hərbi Akademiyası növbəti məzunlarına diplom verilməsi mərasimi keçirib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hərbi kursantlar arasında zabit rütbəsi alan Mübərra Öztürk diqqətləri özünə çəkib.
Belə ki, o, hərbi məktəbi bitirən ilk hicablı qadın kimi ordu tarixinə düşüb. Diplomu ona Baş Qərargah rəisi Yaşar Gülər təqdim edib.